Müdafiə Nazirliyində 21 minlik stəkan qalmaqalı!
Müdafiə Nazirliyinin sabiq İşlər İdarəsinin rəisi polkovnik Elnur Süleymanov və onunla birlikdə ittiham olunan üç hərbçinin məhkəməsi başlayıb. Bu işdə Süleymanovla yanaşı, polkovnik-leytenant Emin Əliyev, Məsud İbrahimov və Pərviz Abdullayev də mühakimə olunur. Onlar külli miqdarda dövlət vəsaitinin mənimsənilməsində ittiham edilirlər.
Minval.info xəbər verir ki, cinayət işinə Bakı Hərbi Məhkəməsinin sədri hakim Zeynal Ağayev baxır. İlk iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və ilkin dinləmələr keçirilib. Məhkəmə istintaqının qapalı keçirilməsi və müttəhimlərin azadlıqda qalmasının davamına qərar verilib.
İttiham olunan şəxslər 1 milyondan artıq dövlət vəsaitinin yeyintisində təqsirləndirilirlər. Əgər təqsirləri sübuta yetirilərsə, onları 14 ilə qədər həbs cəzası gözləyir. Əsas iclasın oktyabrın 2-də keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, Elnur Süleymanov, Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun xərcləri ilə bağlı məhkəməyə təqdim etdiyi hesabatla gündəmə gəlmişdi. Hesabatda Sadıkov üçün 21 min manat dəyərində 6 dəst armudu stəkan və 8 min manat dəyərində çaxır alındığı qeyd olunmuşdu.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkay Cəfərli "Sığınacaq"dakı obrazı ilə diqqət çəkdi
Azərbaycan dəmir yolları Çindən 7 lokomotiv aldı
Azərbaycanda toylar üçün yeni qaydalar təklif edilir
Afət Fərmanqızı bloqeri böhtan və təhqirə görə məhkəməyə verdi
Röya Ayxandan yeni və cəsur fotosessiya!
İstanbulda məşhurlara narkotik əməliyyatı: Aras və Sefo saxlanıldı
Lopezə bənzəyən qadın oğurluqda həbs edildi