“Dolu” filminin ikincisi çəkilir
Millət vəkili Aqil Abbas MTV-də yayımlanan “Düzünə qalsa” verilişində qonaq olub.
OLAY yazır ki, deputat “Dolu” filminin ardının çəkiləcəyini bildirib:
“Filmin ikinci hissəsini yazmışam. Məmməd Səfa yenə də komandir rolunda olacaq. Deməli, orda incə bir detal var. Komandir Drakon və Pələnglə rastlaşır, deyir, bəs siz ölməmişdiniz?! Deyirlər, şəhidlər ölmür komandir! Əsas ideya da odur elə! Çoxları bilmirdi ki, Məmməd Səfanın yerində iki sevdiyim, böyük aktyor da ola bilərdi. Nurəddin Mehdixanlı və Fəxrəddin Manafov. İkisindən biri! Sonra rejissor olaraq Elxan Cəfərov gəldi. Yoldaşım İradə Tuncay mənə dedi ki, sən rejissorun işinə qarışma! İkisi də böyük aktyordur. Bəlkə sözüm onların xətrinə dəyə bilər amma mənə elə gəlir ki, onların heç biri o rolu Məmməd Səfadan gözəl oynaya bilməzdi. Sanki obraz onun boyuna biçilib. “Dolu 2”də də komandir rolunda o olacaq!”.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi