22.12.2021 - 14:37
Sosial
28 baxış
Deputatdan yeni ailələrə etiraz - "Soruşurlar, oğlan ata-anasından uzaqdamı qalır?"
Ailənin problemi varsa, bu cəmiyyətin və iqtidarın problemidir.
Minval.info xəbər verir ki, bunu Milli Məclisi Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji təhlil” sosioloji sorğu-tədqiqatın nəticələrinə dair keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, ailə münasibətləri ilə bağlı bir suallar meydana gəlir.
“Biz klassik ailə modelini qorumaq üçün dəridən qabıqdan çıxmalıyıq, yoxsa zamanın axarına buraxmalıyıqmı? Bu günkü ailə 10 il əvvəlin ailəsi deyil. İndi ailədə nəinki baba-nənə, hətta ata -ana da yoxdur. İndi “oğlanın özünün evi varmı?”- sualından başqa sual verirlər ki, ata-anasından uzaqdamı qalır?.
Bu sorğu nəticəsində məlum olub ki, ailə münasibətlərinə maddi problemlər birinci yerdə durur”
“Bu cür problemlərin həlli üçün kəskin şəkildə sosial müavinətlərin qaldırmağın üstünə getməliyik” – deyə M. Quliyev qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çoxuşaqlı ailə meyarı dəyişir: 3 uşağa da güzəşt!
13.09.2026 - 19:32
Pensiyaçılara kredit qapıları bağlanır?
12.09.2026 - 10:38
Atalıq məzuniyyəti: 1126 işçi faydalandı
08.09.2026 - 17:09
Əmək müqaviləsi olmayanlar pensiya hüququndan məhrumdur
08.09.2026 - 11:33
Ahıllar evində 214 nəfərə xüsusi qayğı göstərilir
07.09.2026 - 22:29
Elgiz Əkbərdən YouTube-da yeni sosial layihə
07.09.2026 - 21:54
Kəlbəcərdə ilk əmək yarmarkası: 90 vakansiya!
06.09.2026 - 10:47
Nazirliyin xidmətləri üçün e-sorğuya qoşulun!
01.09.2026 - 18:54