“Cəbhədə vəziyyət dalana dirənib” – Ukrayna kəşfiyyatı
“Ukraynada döyüş əməliyyatları dalana dirənib”.
“Qafqazinfo” xəbər verir ki, bunu BBC-yə açıqlamasında Ukrayna Müdafiə Nazirliyinin Baş kəşfiyyat idarəsinin rəhbəri Kirill Budanov deyib.
Onun sözlərinə görə, müharibədə vəziyyətdə yenilik baş vermir.
Budanov qeyd edib ki, Rusiya çox böyük itkilər verərək hazırda “tamamilə dalana dirənib”. Onun fikrincə, Kreml ölkədə daha bir səfərbərlik elan etməyə qərar verib.
O bildirib ki, Ukrayna Silahlı Qüvvələri də bir çox vilayətdə irəliyə doğru hərəkət etmək üçün əvvəlkitək resurslara ehtiyac duyur.
“Biz onlara bütün istiqamətlərdə kompleks şəkildə qalib gələ bilmərik. Onlar da bizə həmçinin. Biz yeni silah partiyalarının göndərilməsini gözləyirik”, – deyə Budanov söyləyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyanın hərbi resursları 2028-ci ilə qədər yetərlidir
Yəmən paytaxtını geri almaq üçün hücuma keçir
Şəhid anası Gülçöhrə İsayeva vəfat etdi
Almaniyada müharibə bombası: 5 min nəfər təxliyə olunur
Pakistan ordusundan sərhəddə terrorçulara zərbə!