Bakıda taxta evdə yaşayan uşaqlar pulsuzluqdan məktəbə gedə bilmir - FOTOLAR
Gecəqondu evdə yaşayan beş nəfərdən ibarət ailənin maddi köməyə ehtiyacı var.
Minval.info xəbər verir ki, bu barədə Bakı sakini Esmira Cavadova məlumat verib. Onun sözlərinə görə, ailənin azyaşlı uşaqları məktəbə yaxın yaşasalar da, maddi sıxıntı ucbatından təhsil ala bilmirlər.
“Böyüyü 12 (qız), ortancılı 11 (oğlan), kiçiyi 9 (oğlan) yaşındadır. Heç vaxt məktəbə getməyiblər, halbuki məktəb yaxınlıqdadır. Uşaqlar özləri elə bu gördüyünüz taxta gecəqondunun qarşısında dəftərlərini dizlərinin üstünə qoyub hərfləri yazmağı öyrənirlər. Məktəbə maraqları böyükdür. Əvvəl elə bilmişdim, məktəbə getməmələrinin səbəbi həm də sənəd problemidir. Ancaq dünən aydınlaşdırdım ki, problem geyim və məktəb ləvazimatları ilə bağlıdır. Təsəvvür edin ki, bu uşaqlar 7, 6, 4-cü siniflərdə oxumalıdılar, ancaq əyin-başları, məktəb ləvazimatları düzələndən sonra 1-ci sinifə gedəcəklər. Olduqca ağır durumda yaşayırlar. Həm də ərzağa çox ehtiyacları var” – Esmira xanım qeyd edir.
E.Cavadova bildirir ki, ailənin yaşadığı yerin konkret ünvanı yoxdur. Biləcəridə yükdaşıma dəmiryolunun ətrafında qamışlıqların arasında taxta gecəqonduda məskunlaşıblar: “Yaşadıqarı yerə çarpayı sığmır. Yay-qış yeməkləri, oturub-durmaqları çöldədir. Həqiqətən də içəridə yer yoxdur. O qədər qarışıq yerdir ki, adam bir dəfə gedəndə ikinci dəfə gedib oranı tapa bilməz”.
Esmira Cavadova uşaqların valideynlərindən söhbət açmasa da, atalarının nömrəsini qeyd edərək kömək etmək istəyənlərin onunla əlaqə saxlamalı olduqlarını söyləyib. (055-941-52-69 Tacəddin bəy)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“4 uşaqlı qadınlara çoxuşaqlı ana statusu verilsin” - Deputatdan təklif
Polis əməkdaşları bu sürücüləri yoxlayacaq
Vətən müharibəsi şəhidinin ailəsi çətin vəziyyətdə yaşayır - VİDEO
"Sakinlərə 1 illik kirayə pulu veriləcək" - İcra başçısı
Hindistandan Azərbaycana üç manata ət gətirilir - AÇIQLAMA
Bakıda yüzminlərlə insanı kimlər zəhərləyir? – Dövlət Agentliyi susur
Psixoloq: “Sosial şəbəkələr ailə münasibətlərini deqradasiyaya uğradır”




