16.09.2026 - 13:33
Ölkə 17 baxış

Bakıda supermarketdən alınan turşudan milçək çıxdı

Bakıda bir vətəndaşın supermarketdən aldığı konservləşdirilmiş xiyar turşusunun içindən milçək çıxdığı iddia edilir. Hadisə 15 sentyabr tarixində, saat 17:36-da Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən “Neptun” supermarketində baş verib. Vətəndaşın bildirdiyinə görə, bu məhsul “TALA” brendi ilə satılan xiyar turşusudur.

Minval.info xəbər verir ki, istehlakçı məhsulu evdə açaraq istifadə etmək istəyərkən bankadakı xiyarları doğrayıb və bu zaman xiyarın içindən milçək çıxıb. Təqdim olunan videoda doğranmış xiyar turşuları arasında milçəyin olduğu aydın görünür.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu göndərilib və qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: