Azərbaycanda hərbi xidmət islahatları: Yeni model?
Gürcüstanda hərbi xidmət sistemi bir neçə il əvvəl Türkiyənin dəstəyi ilə yenidən qurulmağa başlanıb. Bu islahatlar çərçivəsində NATO proqramları əsasında yeni qaydalar tətbiq edilib. Gürcüstanda çağırış yaşı 18-27 yaş arası müəyyən edilib və vətəndaşlara xidmət müddətini ertələmək imkanı verilib. Belə ki, vətəndaşlar çağırış zamanı yazılı müraciət edərək xidmətə gələn il gedəcəklərini bildirə bilərlər.
Minval.info xəbər verir ki, iqtisadçı Natiq Cəfərli Azərbaycanda da oxşar ordu islahatlarının həyata keçirilməsinin mümkün olduğunu bildirib. O qeyd edib ki, xidmət müddəti üç yerə bölünə bilər: döyüş hazırlığı bölmələrində 6 ay, digər nazirlik və qurumlarda 8 ay, mütəxəssis və ya kiçik rütbəli komandirlər üçün isə 12 ay xidmət. Hər bir əsgər ödənişlə təmin edilir və könüllü müraciət edənlər üçün ödənişlər 30% artırılır.
Gürcüstanda əsgərlər öz evlərindən 50 km aralıda xidmət edirlər və həftə sonları evlərinə gedə bilirlər. Əsgərlərin xidmətdən kənar zamanlarında mobil telefon və internetdən istifadələri sərbəstdir. Bundan əlavə, hər bir əsgərin 10 günlük məzuniyyət haqqı var. Əsgər gedən vətəndaşların iş yerləri saxlanılır və onlara əlavə bonuslar verilir. Əsgərlər “hostel” tipli yerlərdə qalır və yeməkləri kənar şirkətlər tərəfindən təmin edilir.
ƏLAQƏLİ
43 milyonluq toy qalmaqalı - “Həyat yoldaşım dəbdəbəli həyatını aldığı borcla yaşadı
Gürcüstan bu sistemə torpaqları işğal altında olduğu dövrdə keçib. Azərbaycanda isə torpaqların qaytarılması və ərazi bütövlüyünün bərpası ilə ordu islahatlarını daha rahat həyata keçirmək mümkündür. Çağırış sistemi Gürcüstana bənzər şəkildə təşkil edilə bilər və əsgərlərin öz evlərinə yaxın xidmət etməsi təmin olunmalıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İrşad"da "Yaşıl Cümə" endirimləri başladı!
Kıvanç Tatlıtuğun evində faciəvi hadisə: İşçi yıxıldı
Bakıda dəbdəbəli toy: Məşhurlar axın etdi!
Orta Anadolu 73 ildən sonra qapılarını bağladı
Fırat Tanış alkoqol asılılığından necə qurtuldu?
İlqarə Kazımovadan arıqlamağın sirri açıqlandı