SOCAR Avropa bazarlarına neft-kimya ixracını artırır
SOCAR-ın Etilen-Polietilen zavodu ildə yüz minlərlə ton neft-kimya məhsulu istehsal edir. Zavodun illik istehsal göstəriciləri propilen üzrə 187 min ton, etilen üzrə 190 min ton, polietilen üzrə isə 120 min ton təşkil edir. Müəssisədə yüksək təzyiqli polietilen istehsalı üçün fəaliyyət göstərən Polimir-120 qurğusunun illik istehsal gücü 120 min tondur. Qurğuda aşağı sıxlıqlı polietilen (LDPE) istehsal edilir. Zavodun enerji təsərrüfatında da buxar və elektrik enerjisi istehsal olunur. Burada saatda 480 ton buxar, eyni zamanda 68 meqavat elektrik enerjisi istehsal etmək mümkündür.
Minval.info xəbər verir ki, SOCAR-ın “Azərkimya” İstehsalat Birliyinin istehsal etdiyi məhsulların xarici bazarlara çıxarılmasında əsas istiqamət Avropa ölkələridir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq?
5,03 trilyonluq zirvə: “Apple” yenidən birincidir
Avropa İttifaqı 42.6 milyon barrel neft ehtiyatını tezləşdirəcək
12 ölkə neft ehtiyatlarını dövriyyəyə buraxır
Yeni Suraxanı-Hövsan dəmir yolu xəttinin bərpası sürətləndirilib
Azad edilmiş ərazilərdə 230 hektar sahədə sənaye istixanası qurulacaq