Bakı metrosunda qatar tuneldə 40 dəqiqə qaldı
Bakı Metropolitenində qatarların hərəkətində gecikmə müşahidə olunub. Bu səbəbdən yüzlərlə sərnişin metro stansiyalarında və qatarlarda gözləmək məcburiyyətində qalıb.
Minval.info xəbər verir ki, tanınmış vəkil Səməd Vəkilov sosial şəbəkələrdə paylaşım edərək, “Sahil” stansiyasından “İçərişəhər” stansiyası arasındakı tuneldə yarım saatdan artıq qaldığını bildirib.
Jurnalist Elçin Rüstəmli isə qatarın 40 dəqiqədən artıq həmin tuneldə qaldığını qeyd edib. Onun sözlərinə görə, bəzi sərnişinlərin səhhəti pisləşib və təşviş yaranıb. “Şükür Allaha, salamatçılıq olub, problem aradan qalxıb. Nəqliyyat və digər xidmət sektorlarında keyfiyyət pisləşir, bir dəfə də yazmışdım. Daha əvvəl insanlarda məmnunluq yaradan xidmətlər indi narahatlıq mənbəyinə çevrilir” – deyə o əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Azərbaycanlı professor Müslüm Qurbanov vəfat edib
Sabah hava necə olacaq? - Proqnoz açıqlandı
Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb
Azərbaycan elminə ağır itki
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi