13.09.2026 - 19:25
Ölkə 13 baxış

Turan Tovuz və Araz-Naxçıvan qollu bərabərlikdə

Misli Premyer Liqasının V turunda ‘Turan Tovuz’ və ‘Araz-Naxçıvan’ komandaları arasında maraqlı qarşılaşma baş tutub. Şamaxı şəhər stadionunda keçirilən oyun 2:2 hesabı ilə nəticələnib.

Minval.info xəbər verir ki, matçın 7-ci dəqiqəsində ‘Araz-Naxçıvan’ komandası Emmanuel Hakmanın avtoqolu ilə hesabı açıb. İkinci hissənin 51-ci dəqiqəsində İbrahima Vadji ‘Turan Tovuz’ üçün bərabərlik qolunu vurub. 75-ci dəqiqədə Jo Batista Tovuz təmsilçisini önə keçirib. Lakin 86-cı dəqiqədə Ağadadaş Salyanski penaltidən dəqiq yararlanaraq yekun hesabı müəyyənləşdirib.

Bu nəticədən sonra ‘Turan Tovuz’ 8 xalla turnir cədvəlində 5-ci, ‘Araz-Naxçıvan’ isə 2 xalla 11-ci pillədə qərarlaşıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: