14.09.2026 - 09:25
Ölkə 18 baxış

Bakının əsas yollarında ciddi tıxac müşahidə olunur

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Hazırda Heydər Əliyev prospekti, həm əsas, həm də köməkçi yollarda mərkəz istiqamətində sıxlıq yaranıb. Eyni zamanda, 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində də sıxlıq müşahidə edilir.

Minval.info xəbər verir ki, Bakı-Sumqayıt şosesi, Babək prospekti, 8 Noyabr prospekti və Dənizkənarı küçəsi də sıxlıq yaşayan digər ərazilər arasındadır. Tbilisi prospekti, Əbdülvahab Salamzadə və Alı Mustafayev küçələri də sıxlıqdan əziyyət çəkən yollar sırasındadır.

Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər olan hissədə də nəqliyyatın sıxlığı müşahidə olunur. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) bu barədə məlumat yayıb və sürücülərə alternativ yollar seçməyi tövsiyə edir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: