Yardımlıdakı həbslərdən sonra icra başçısı da vəzifəsindən getdi:
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov vəzifəsindən azad edilib. Bu qərar, rayonda bir müddət əvvəl keçirilən əməliyyat və iki yüksək vəzifəli məmurun həbsi ilə əlaqələndirilir.
Minval.info xəbər verir ki, həmin əməliyyat nəticəsində Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elçin Mirzəyev və baş məsləhətçi Yaşar Eyvazov həbs olunublar. Onlar qanunsuz torpaq satışı ilə bağlı araşdırma çərçivəsində saxlanılıb və vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya əməlləri ilə ittiham olunublar.
Həbs olunan şəxslərin Yardımlı Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi məsələlərə cavabdeh strukturunda çalışması diqqət çəkir. Elçin Mirzəyev həmin şöbənin müdir müavini, Yaşar Eyvazov isə baş məsləhətçi kimi fəaliyyət göstərib.
Həbslərdən bir neçə ay sonra Ayaz Əsgərovun vəzifəsindən azad edilməsi yeni suallar doğurur. Hələlik onun işdən çıxarılmasının cinayət işi ilə bağlı olduğuna dair rəsmi məlumat yoxdur. Lakin iki məmurun həbsindən sonra İcra Hakimiyyətinin fəaliyyətinin daha geniş araşdırılması ehtimalı mövcuddur.
Ayaz Əsgərov 2016-cı ildən Yardımlı Rayon İcra Hakimiyyətinə rəhbərlik edirdi. O, həmçinin Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin keçmiş rəhbəri Arif Əsgərovun qardaşıdır. İndi isə Yardımlıdakı iki məmurun həbsi fonunda onun qəfil vəzifədən çıxarılması yeni suallar doğurur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir