43 milyonluq toy qalmaqalı - “Həyat yoldaşım dəbdəbəli həyatını aldığı borcla yaşadı
Van şəhərində keçirilən dəbdəbəli toyun görüntüləri sosial mediada geniş müzakirələrə səbəb olub. Bu toyda iştirak edən Çağla Öz Tançalan və Mehmet Fatih Tançalan cütlüyü ilə bağlı yayılan məlumatlar cəmiyyətdə böyük rezonans doğurub.
Minval.info xəbər verir ki, toyun ardından Van prokurorluğu tərəfindən araşdırma başladılıb və Mehmet Fatih Tançalan “cinayətdən əldə edilən əmlak dəyərlərinin yuyulması” ittihamı ilə saxlanılıb. Növbətçi hakim onun barəsində həbs qərarı çıxarıb.
Araşdırma çərçivəsində Çağla Öz Tançalanın da adı hallanıb və o, İstanbulda saxlanılaraq Van şəhərinə gətirilib. Onun ifadəsi alındıqdan sonra “cinayətdən əldə edilən əmlak dəyərlərinin yuyulması” ittihamı ilə həbs edilib.
Çağla Öz Tançalan ifadəsində həyat yoldaşı Mehmet Fatih Tançalanın dəbdəbəli həyat tərzini borc pullar hesabına davam etdirdiyini və bəzi zinət əşyalarının kirayə deyil, satın alındığını bildirib. İstintaq davam edir və cütlüyün maliyyə fəaliyyətləri araşdırılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır