Ana qolları olmayan körpəsindən imtina etdi
Sabunçu rayonunda bir ana doğuşdan sonra qolları olmayan körpəsindən rəsmi şəkildə imtina edib. Hadisə ilə bağlı ətraflı məlumatlar açıqlanıb.
Minval.info xəbər verir ki, TƏBİB-in məlumatına görə, 1985-ci il təvəllüdlü hamilə qadın avqustun 27-də təcili tibbi yardım briqadası tərəfindən Sabunçu Tibb Mərkəzinə çatdırılıb. Hamiləliyinin 36-cı həftəsində olan qadına doğuşun birinci dövrü və dölyanı mayenin vaxtından əvvəl axması diaqnozları qoyulub və ona zəruri tibbi xidmətlər göstərilib. Qeysəriyyə əməliyyatı nəticəsində cinsi oğlan, boyu 47 sm, çəkisi 2 kq 600 qr olan uşaq dünyaya gəlib. Körpə çoxsaylı inkişaf qüsurları ilə doğulub.
Avqustun 30-da ana yazılı iltizamnamə ilə övladından imtina edərək tibb müəssisəsini tərk edib. Bu barədə hüquq-mühafizə orqanlarına dərhal məlumat verilib. Körpə tibb müəssisəsində olduğu müddət ərzində zəruri tibbi xidmətlər alıb və müvafiq tibbi nəzarət altında saxlanılıb. Nəhayət, 10 sentyabr 2026-cı il tarixində körpə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin nümayəndələrinə təhvil verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - xəbərdarlıq
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır