Bakı Şəhər Prokurorluğu təkzib etdi

Bu gün bir sıra KİV-də Bakı şəhər Prokurorluğunun dəftərxana şöbəsinin əməkdaşı Elçin Qurbanov dələduzluq və rüşvət verməyə təhrik etməkdə təqsirli bilindiyinə görə ona qarşı cinayət işinin açıldığına dair məlumat yayılıb. Bakı Şəhər Prokurorluğu həmin informasiyanı təkzib edib.
Qurumdan Minval.İnfo-ya daxil olan xəbərə görə, Qurbanov Elçin Müzəffər oğlu 21 fevral 2018-ci ildə Bakı şəhər Prokurorluğunun Təşkilat Analitik şöbəsinin böyük mütəxəssisi-dəftərxana müdiri vəzifəsindən azad edilib.
Onun qanunsuz hərəkətlərə yol verməsi barədə daxil olmuş müraciətlər əsasında 09.04.2018-ci il tarixdə Azərbaycan baş prokuroru tərəfindən Azərbaycan Respublikası CM-nın 178.2.1 və 310-cu maddələri ilə başlanaraq istintaqın aparılması Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə həvalə edilib.
Aparılmış istintaq zamanı E. Qurbanov Azərbaycan Respublikası CM-nın 310, 178.2.1, 178.2.4, 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi 20.08.2018-ci il tarixdə baxılması üçün Bakı şəhəri, Xətai rayon məhkəməsinə göndərilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyinin əməkdaşı işdən çıxarıldı - FOTO
Umayra Tağıyeva: “Şiddətli, güclü külək gözlənilmir”
Avtomobillərin cərimə olunması ilə bağlı mühüm yenilik
Bakı və rayonları toz-duman bürüyəcək - Nazirlikdən xəbərdarlıq
Yol qəzasında öldüyü deyilən xanəndənin qətlə yetirildiyi məlum oldu
Bakıda vəzifəli şəxsin oğlu ağır qəza törədib – FOTO
İdarə rəisi vəzifəsindən kənarlaşdırılıb