Ayxan Abbasovdan milli komanda üçün yeni heyət
Azərbaycan milli futbol komandasının baş məşqçisi Ayxan Abbasov, qarşıdakı yoldaşlıq və UEFA Millətlər Liqası oyunları üçün heyətini açıqlayıb. Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb.
Minval.info xəbər verir ki, milli komandanın heyətində aşağıdakı futbolçular yer alıb: Aydın Bayramov (Zirə), Rəvan Mirzəmmədov (Sabah), Emil Balayev (Neftçi), Bədavi Hüseynov (Qarabağ), Murad Xaçayev (Neftçi), Cəlal Hüseynov (Petrolul, Rumıniya), Anton Krivotsyuk (Daejeon Hana, Cənubi Koreya), Rahil Məmmədov (Turan Tovuz), Elvin Bədəlov (Neftçi), Rəhman Daşdəmirov (Sabah), Toral Bayramov (Bursaspor, Türkiyə), Tellur Mütəllimov (Sabah), Rüfət Abbasov (Neftçi), Ceyhun Nuriyev (Araz-Naxçıvan), Edqar Adilxanov (Şamaxı), Emin Mahmudov (Neftçi), Fərid Yusifli (Şəfa), Rəhim Sadıxov (Turan Tovuz), Rüfət Abdullazadə (Kiryat Shmona, İsrail), Emil Səfərov (Neftçi), Abdulla Xaybulayev (Sabah), Aleksey İsayev (Sabah), Oruc Məmmədov (Şamaxı), Ayxan Hüseynov (Zirə), Anatoli Nuriyev (Kisvarda, Macarıstan), Mustafa Əhmədzadə (Araz-Naxçıvan), Vüsal İsgəndərli (Malisheva, Kosovo), Musa Qurbanlı (Qarabağ), Mahir Emreli (Rakow, Polşa), Renat Dadaşov (FSC Bukovyna, Ukrayna).
Azərbaycan milli komandası yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də saat 20:00-da 8-ci km qəsəbə stadionunda Tacikistan yığması ilə, UEFA Millətlər Liqası çərçivəsində isə sentyabrın 27-də saat 17:00-da “Darius and Girenas” stadionunda Litva, oktyabrın 1-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteyn, həmçinin oktyabrın 4-də saat 17:00-da 8-ci km stadionunda Litva yığması ilə qarşılaşacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - xəbərdarlıq
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır