Azərbaycanda sosial müavinətlərin məbləği artırılıb
Prezident İlham Əliyev “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 29 avqust 2013-cü il tarixli fərmanında dəyişiklik edib.
Minval.info xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, gələn ildən Azərbaycanda yaşa görə müavinət 130 manatdan 180 manata, I dərəcə əlilliyə görə müavinət 150 manatdan 220 manata, II dərəcə əlilliyə görə müavinət 130 manatdan 180 manata, III dərəcə əlilliyiə görə müavinət 110 manatdan 120 manata, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət 150 manatdan 200 manata, ailə başçısını itirməyə görə müavinət 80 manatdan 100 manata, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət 100 manatdan 120 manata, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət 100 manatdan 120 manata, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət 55 manatdan 70 manata, övladlığa götürülən uşağa (bu yarımbəndin ikinci abzasında qeyd olunan uşaqlar istisna olmaqla) görə müavnət 160 manatdan 200 manata, övladlığa götürülən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət 480 manatdan 600 manata, uşağın anadan olmasına görə müavinət 200 manatdan 300 manata, dəfn üçün müavinət isə 300 manatdan 350 manata qaldırılıb.
Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı metrosunun “8 Noyabr” stansiyasından - VİDEO
Azərbaycanda vəzifəli şəxsin oğlu faciəli şəkildə vəfat etdi
Əgər tədbir görülməsə, Bakıda böyük dağıntılar olacaq - XƏBƏRDARLIQ - VİDEO
“Elçibəy olmasaydı, Xalq artisti adı ala bilməyəcəkdim” – Flora Kərimova
Sığorta şirkətlərinin fırıldaqları - Sürücülər boğaza yığılıb
“Dedi ki, qızın universitetdə oxuyur, qorxmursan, başınıza iş gələr?”
Qum dənəciyi boyda qurquş