Azərbaycanda minimum əməkhaqqı artırılıb - SƏRƏNCAM
Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının məbləğinin artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Minval.info xəbər verir ki, sərəncama əsasən, minimum əməkhaqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilib.
Nazirlər Kabinetinə tapşırılıb ki, Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya və Avropa dollardan imtina edir
Bu qurumlar maşınlarını satır - QİYMƏT
5-9-cu siniflərdə əyani dərslər nə vaxt başlayacaq?
Gülnarənin Bakıda məşhur hoteldə ağlasığmaz intim oyunları - ŞOK FAKTLAR
İrəvanda ABŞ əleyhinə aksiyalar: “biobəhanə...”
Vüqar Bayramov: “Daha ciddi qıtlığın olacağı istisna deyil”