Azərbaycan Müdafiə Nazirliyi açıqlama yaydı: Bu, YOLVERİLMƏZDİR
Rusiya Federasiyasının sülhməramlı kontingentinin müraciətlərimizə etinasız yanaşması təəssüf doğurur.
Müdafiə Nazirliyindən Musavat.com-a bildirilib ki, Azərbaycan Respublikası ərazisindəki yaşayış məntəqələrimizin adlarının uydurma erməni toponimləri ilə qeyd olunması, o cümlədən “Dağlıq Qarabağ ərazisi” ifadəsinin işlənməsi ilə bağlı bir daha qeyd etmək istəyirik ki, bu YOLVERİLMƏZDİR.
Rusiya Federasiyasının sülhməramlı kontingentini rəsmi məlumatlarında qeyd etdiyimiz yanlış ifadələrdən istifadə etməməyə çağırırıq və bu çağırışımıza əməl olunacağına ümid edirik. Bundan başqa ölkəmizin adının da paylaşdıqları xəritədə düzgün qeyd olunmasını tələb edirik.
Bir daha xatırlatmağı özümüzə borc bilirik ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin 29.11.2022-ci il tarixli rəsmi məlumatında “Dağlıq Qarabağ ərazisi” kimi qeyd olunan ərazi Qarabağ iqtisadi rayonudur, “Mardakert” və “Martuni” kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları isə müavafiq olaraq AĞDƏRƏ, XOCAVƏNDDİR.
Sülhməramlı kontingentin həmin məlumatda qeyd etdiyi guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Şuşa istiqamətində atəş açılması və nəticədə iki nəfərin yaralanması barədə xəbərin də heç bir real əsası yoxdur, tamamilə yalandır. Bu məlumatı qəti surətdə təkzib edirik.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyanın hərbi resursları 2028-ci ilə qədər yetərlidir
Yəmən paytaxtını geri almaq üçün hücuma keçir
Şəhid anası Gülçöhrə İsayeva vəfat etdi
Almaniyada müharibə bombası: 5 min nəfər təxliyə olunur
Pakistan ordusundan sərhəddə terrorçulara zərbə!