Avstraliyada qızıl axtaranlar qədim meteor krateri tapdı: Milyard illik sirr açıldı
Avstraliyada qızıl axtarışları zamanı geoloqlar gözlənilməz bir kəşfə imza atıblar. Şərqi Qızıl Mədənləri bölgəsində aparılan tədqiqatlar nəticəsində yerin altında milyardlarla il əvvəl yaranmış qədim meteor krateri aşkar edilib.
Minval.info xəbər verir ki, “Ora Banda” adlandırılan bu struktur, dünyada yalnız iki nümunəsi məlum olan qədim meteor kraterlərindən biridir. Puerto-Riko Universitetindən geoloq Raiza Quinteronun rəhbərlik etdiyi mütəxəssislər, bu nəhəng strukturun milyardlarla il əvvəl dəmirlə zəngin meteorun Yerə çırpılması nəticəsində yarandığını müəyyən ediblər.
Krater, dünyanın ən qədim süxurları hesab edilən Arxey yaşlı yaşıl daşların içərisində yerləşir. Mütəxəssislər, uzun illər ərzində eroziya və digər geoloji proseslərə baxmayaraq, strukturun izlərini qoruyub saxladığını bildiriblər.
ƏLAQƏLİ
Müəllimlər üçün yaşayış yerinə uyğun vakansiya seçimi başladı: Fürsəti qaçırmayın!
Aparılan tədqiqatlar zamanı meteor zərbəsini təsdiqləyən bir neçə mühüm dəlil əldə edilib. Qazma işləri zamanı yalnız güclü meteor zərbələri nəticəsində yarana bilən xüsusi qırılma strukturları aşkarlanıb. Yüksək təzyiq nəticəsində parçalanaraq yenidən birləşmiş süxurların arasında zərbənin yaratdığı yüksək temperatur nəticəsində ərimiş kiçik şüşə hissəcikləri tapılıb. Bu şüşə nümunələrində Yer qabığında çox az rast gəlinən nikel, kobalt, iridium, platin və palladium kimi elementlərin yüksək miqdarı müəyyən edilib.
Meteorun toqquşması zamanı bölgədəki qızıl yataqlarının buxarlanaraq atmosferə yayıldığı, daha sonra isə təxminən 4 kilometr genişliyində olan kraterə çökərək süxurlarla birləşdiyi müəyyənləşdirilib. Alimlər bildirirlər ki, Yerdəki tektonik hərəkətlər bu cür qədim izləri zamanla silə bilir. Buna baxmayaraq, “Ora Banda” krateri planetimizin erkən dövrlərini və meteoritlərin Yerə mümkün təsirlərini araşdırmaq üçün mühüm elmi mənbə hesab olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Taylandda məktəb faciəsi: Şagirdin silahlı hücumu qanla bitdi
Müəllim olmaq istəyənlərin nəzərinə! Vakansiya seçimi üçün vaxt elan olundu
Azərbaycanda neçə faiz ali təhsilli var? — Rəsmi rəqəmlər açıqlandı
İsti kakaonun möcüzəsi: Ürək sağlamlığını necə dəstəkləyir?