Rusiyanın Arktikdən rekord miqdarda neft daşıması gözlənilir
Avropa İttifaqının (Aİ) 2022-ci ilin dekabrında Rusiyadan dəniz yolu ilə xam neft, 2023-cü ilin fevralında isə neft məhsulları idxalını qadağan etməsi, Rusiyanın neft ixracında mühüm dəyişikliklərə səbəb olub. Bu qadağalar nəticəsində Rusiya, neftini Asiya bazarlarına yönəltməyə məcbur qalıb.
Minval.info xəbər verir ki, Qərb ölkələrinin Rus neftinə tətbiq etdiyi tavan qiymət siyasəti, dəniz nəqliyyatı, sığorta və maliyyə xidmətlərində məhdudiyyətlər, Rus enerji şirkətlərinin ixrac bazarlarını və logistik marşrutlarını yenidən qurmasına təkan verib. Rusiyanın Baş nazir müavini Aleksandr Novakın “Enerji Siyasəti” dərgisində dərc olunmuş məqaləsinə görə, 2021-ci ildə Rusiyanın neft ixracında Asiya ölkələrinin payı 40% ikən, 2025-ci ildə bu rəqəmin 80%-ə çatacağı gözlənilir.
Novak, Rusiyanın ötən il ümumilikdə 238 milyon ton neft ixrac etdiyini, Avropaya göndərilən neftin isə əvvəlki 175 milyon tondan təxminən 25 milyon tona endiyini bildirib. Aİ Şurasının iyulda qəbul etdiyi 21-ci sanksiya paketi ilə Rusiyanın neft ticarətində istifadə olunan 41 gəmi daha sanksiya siyahısına əlavə edilib, məhdudiyyət tətbiq olunan gəmi sayı isə 670-i keçib.
S&P Global-ın araşdırmasına görə, Rusiyanın qərbindəki neft terminallarından Şərqi Asiyaya Süveyş kanalı vasitəsilə göndərilən yüklər adətən ən azı altı həftə çəkir. Lakin Arktik marşrutu ilə bu müddət uyğun buz şəraitində 40%-ə qədər azalır.
Rusiyanın Dövlət Nüvə Enerji Təşkilatı Rosatomun Baş direktoru Aleksey Lixaçev, 16 oktyabrda etdiyi açıqlamada, Şimal Dəniz Yolu vasitəsilə həyata keçirilən ümumi yük daşımalarının bu il 40 milyon tonu aşacağını gözlədiklərini bildirib. Eyni zamanda, Uzaq Şərq və Arktik İnkişaf naziri Aleksey Çekunkov, bu marşrut üzərindəki tranzit daşımalarının noyabrın əvvəlində 6 milyon tona çataraq keçən ilin eyni dövrü ilə müqayisədə iki dəfə artdığını qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
DSMF-nin 2027-ci il büdcəsi təsdiqləndi
İşsizlikdən sığorta haqqı yalnız nağdsız formada ödəniləcək
Moskva-İrəvan xətində dəmir yolu böhranı
Azərbaycan ildə 65 milyon manatlıq ayaqqabı idxal edir
Qocalığı müəyyən edən pulsuz test: həkimdən sadə üsul
Əmanət vergisi bank sektorunda böhran yarada bilər?