GTA 6 oyunçuları Yeni Zelandiyaya "səyahət" edir
GTA 6 oyununu səbirsizliklə gözləyən bəzi oyunçular, vaxtından əvvəl oyununun dadını çıxarmaq üçün müxtəlif üsullara əl atır. Onlar Yeni Zelandiyada yaşayan kimi göstərərək oyunlarını daha tez açmağa çalışırlar.
Minval.info xəbər verir ki, bu üsulun populyarlığı, xüsusilə Böyük Britaniyada “GTA 6 Yeni Zelandiya hiyləsi” axtarışlarının son ayda 5000% artması ilə müşahidə olunur. Bu hiylə, oyunçulara oyunun rəsmi buraxılış vaxtından əvvəl, Yeni Zelandiyanın saat fərqi ilə əlaqədar olaraq, daha erkən başlama imkanı verir.
Oyun jurnalisti Vik Hud bildirib ki, bir çox oyunçu, oyunun süjetini pozan məlumatları öncədən görməmək üçün bu üsula baş vurur. “Yeni Zelandiya Böyük Britaniyadan 13 saat irəlidədir və bu, oyunun əsas məqamlarının internetdə yayılması üçün kifayət qədər vaxtdır,” deyə o qeyd edib.
Bununla belə, bəzi istifadəçilər Reddit-də bu üsulun riskləri barədə xəbərdarlıq ediblər. Xbox istifadəçilərindən biri, Microsoft-un bu “hiylə”ni ciddiyə ala biləcəyini və oyunçuların hesablarının bloklanma riski olduğunu vurğulayıb.
GTA 6-nın inkişaf etdiricisi Rockstar və nəşriyyatçısı Take Two Interactive bu məsələ ilə bağlı şərh verməyib. Lakin Ampere Analysis-dən Luis Vuldridc bildirib ki, həm Microsoft, həm də Sony region hesabları və alışlarla bağlı qaydalara malikdir və bu qaydaların pozulması oyunçular üçün məhdudiyyətlərə səbəb ola bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda gömrük əməliyyatları üçün süni intellekt tətbiqi
SpaceX kosmik gəmisini havada tutmağı ilk dəfə bacardı
Microsoft xidmətləri yenidən bərpa olundu
Microsoft 365 xidmətində qlobal kəsinti: dünya üzrə təsirlər
SpaceX süni intellekt inkişafı üçün böyük sərmayə yatırır
Microsoft sistemində qlobal nasazlıq: 74 ölkədə xidmətlər çöküb