17.11.2026 - 17:14
DSMF-nin 2027-ci il büdcəsi təsdiqləndi
İqtisadiyyat 272 baxış

DSMF-nin 2027-ci il büdcəsi təsdiqləndi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsi müzakirə edildi.

Publika.az-ın məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2027-ci il üçün büdcəsinin gəlirləri 9 milyard 220,5 milyon manat, xərcləri isə 9 milyard 272,54 milyon manat olaraq proqnozlaşdırılır.

Xərclərin maliyyələşmə mənbələri arasında fondun gəlirləri 9 milyard 220,5 milyon manat təşkil edir. Bundan əlavə, 2027-ci il yanvarın 1-nə yaradılmış ehtiyatdan 52 milyon 40 min manat xərclərin maliyyələşdirilməsinə yönəldiləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edildi.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: