Berlin Cənubi Qafqazda moskvaya qarşı
Publika.az-ın məlumatına görə, Almaniyanın xarici işlər naziri Yohann Vadeful Cənubi Qafqazda Rusiyanın təsirini azaltmaq üçün Ermənistan və Azərbaycanın Avropa ilə əlaqələrini gücləndirmək istədiklərini bildirib. O, Avropanın regionda Rusiyanın təsirini məhdudlaşdırmağın maraqlarına uyğun olduğunu vurğulayıb.
Vadeful əlavə edib ki, Avropa, Ukraynadakı vəziyyətdən Rusiyanın güclənən təsirinin nəticələrini artıq görüb. Bununla əlaqədar olaraq, Ermənistanı Avropaya yaxınlaşdırmaq üçün siyasi və ekoloji əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacib olduğunu qeyd edib.
Alman nazir həmçinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına dəstək verilməsinin əhəmiyyətindən danışıb. O, iki ölkə arasında sülhün təmin edilməsinə töhfə vermək istədiyini bildirib.
Vadeful, eyni zamanda, Azərbaycanla iqtisadi əlaqələrin inkişafına xüsusi diqqət yetirilməli olduğunu vurğulayıb. O, Azərbaycanın Almaniya və digər Avropa ölkələrinin enerji təchizatının şaxələndirilməsində mühüm tərəfdaş olduğunu qeyd edərək, neft və qaz təchizatının etibarlı şəkildə həyata keçirildiyini qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şi Cinpin APEC sammiti öncəsi xarici liderlərlə görüşlər keçirir
ABŞ vitse-prezidenti Vens 2028 seçkilərində namizəd ola bilərmi
ABŞ-ın F-35-lərlə bağlı Türkiyə planı: İsrail detalları açıqladı
Bəqai: "Çin və Rusiya bizim strateji tərəfdaşlarımızdır!"
Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb