17.11.2026 - 17:04
“Mançester Yunayted” Poçettino üçün çarter təyyarəsi ayırdı
İdman 335 baxış

“Mançester Yunayted” Poçettino üçün çarter təyyarəsi ayırdı

“Mançester Yunayted”in yeni baş məşqçisi Maurisio Poçettino yaxın günlərdə klubda fəaliyyətə başlayacaq. Publika.az-ın məlumatına görə, məşhur argentinalı mütəxəssisin İngiltərəyə tez bir zamanda gəlməsi üçün klub xüsusi tədbirlər görüb.

“Daily Mail”in jurnalisti Kris Uilerin verdiyi məlumata əsasən, “qırmızı şeytanlar” Poçettinonun ABŞ-dan İngiltərəyə səyahətini sürətləndirmək məqsədilə onun üçün çarter reysi təşkil ediblər.

Poçettino bu uçuşda istirahət edə biləcək və dərhal “Mançester Yunayted”in məşqlərinə qatılaraq işə başlayacaq.

Onu çətin bir debüt gözləyir, çünki 22 noyabrda komanda “Liverpul”la qarşılaşacaq. Bu oyun yeni baş məşqçi üçün ciddi sınaq olacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: