17.11.2026 - 17:54
Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təsdiqləməyə hazırlaşır
Dünya 420 baxış

Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təsdiqləməyə hazırlaşır

Avropa İttifaqı (Aİ) dekabr ayında Rusiyaya qarşı yeni, 22-ci sanksiyalar paketini təsdiqləməyi planlaşdırır. Publika.az-ın məlumatına görə, bu barədə “Politico” nəşri xəbər yayıb.

Yeni sanksiyalar paketinin bank sektoru, kriptoaktivlər və Rusiyanın “kölgə donanması”na aid gəmiləri əhatə edəcəyi gözlənilir. Bu addımlar Rusiyaya qarşı iqtisadi təzyiqləri daha da gücləndirmək məqsədi daşıyır.

Bununla yanaşı, Yunanıstan, Malta və Kipr kimi ölkələrin etirazları səbəbindən Rusiya gəmilərinə dəniz xidmətlərinin göstərilməsinə qoyulması nəzərdə tutulan qadağa təsdiqlənməyəcək. Bu etirazlar, dəniz xidmətləri sahəsində bu ölkələrin iqtisadi maraqlarını qorumağa yönəlib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: