17.11.2026 - 16:54
İşsizlikdən sığorta haqqı yalnız nağdsız formada ödəniləcək
İqtisadiyyat 236 baxış

İşsizlikdən sığorta haqqı yalnız nağdsız formada ödəniləcək

Azərbaycanda işsizlikdən sığorta haqqının ödənişi ilə bağlı yeni qaydalar tətbiq ediləcək. Publika.az xəbər verir ki, Milli Məclisin iclasında “İşsizlikdən sığorta haqqında” qanunda dəyişiklik layihəsi müzakirə edilib.

Təklif olunan dəyişikliklərə əsasən, işsizlikdən sığorta haqqı sığortaedənlər tərəfindən hər ay əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin növbəti ayın 15-dən gec olmayaraq, tam məbləğdə və yalnız nağdsız hesablaşma yolu ilə sığortaçıya köçürüləcək.

Bu yenilik, Əmək Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq, sığorta haqqının daha şəffaf və effektiv yolla ödənilməsini təmin etməyi hədəfləyir.

Müzakirələrdən sonra layihə Milli Məclisdə səsverməyə qoyulub və birinci oxunuşda qəbul edilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: