Zamiq Hüseynov Heydər Əliyev Sarayında “Var ol” adlı konsert keçirib
Müğənni Zamiq Hüseynov Heydər Əliyev Sarayında “Var ol” adlı konsert proqramı ilə çıxış edib
Minval.info xəbər verir ki, sənətçi konsertdən öncə jurnalistlərin suallarını cavablayıb. O bildirib ki, konsert şəhid və qazi ailələrinə həsr edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən konsert başlamazdan öncə Vətən müharibəsində şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
“Azərbaycan” mahnısı ilə səhnəyə çıxan Z.Hüseynov ard-arda hit mahnılarını ifa edib. Müğənni daha sonra səhnəni reper Elşad Xose və aparıcı Leyla Quliyeva ilə bölüşüb.
“Əvvəl Qarabağsız sənətçi kimi çıxış edirdim. İndi isə fəxr edirəm ki, bütöv bir Azərbaycanın, qalib bir ölkənin sənətçisi kimi çıxış edirəm. Qarabağ Azərbaycandır!”, – deyə sənətçi qeyd edib.
Müğənni daha sonra bildirib ki, pandemiya bitdikdən sonra bir neçə gün ard-arda konsert proqramı ilə çıxış edəcək.
Konsert qonaqların alqışları ilə sona çatıb.
Qeyd edək ki, satışa çıxarılan biletlərdən əldə olunan gəlir Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılan YAŞAT Fonduna ianə ediləcək.
Nərminə Aydınqızı
Foto: Müzəffər İsmayılov
ƏLAQƏLİ
“Rəbbim qarşıdakı şərr və müsibətləri qaldırsın...” — Alim Qasımovdan qızına duyğusal təbrik











Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi