Zabitlərin hərbi rütbəsi ilə bağlı yenilik
Milli Məclisin bugünkü plenar iclasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik layihəsinin ikinci oxunuşda müzakirəsi keçirilib. Publika.az-ın xəbərinə görə, müzakirələrdə komitə sədri Arzu Nağıyev çıxış edərək layihənin əsas məqsədlərini açıqlayıb.
A. Nağıyev bildirib ki, qanun layihəsi hərbi qulluqçuların rütbələrdə olma müddətinin tənzimlənməsini təkmilləşdirmək məqsədilə hazırlanıb. Eyni zamanda, zabitlərin əlavə ali təhsil alması və elmi fəaliyyətinin stimullaşdırılması da nəzərdə tutulub. Yeni qaydalara əsasən, zabitlərin magistratura, rezidentura və doktorantura təhsili, eləcə də elmi fəaliyyəti rütbədə olma müddətinin hesablanmasında nəzərə alınacaq.
Komitə sədri vurğulayıb ki, layihə ilə rütbədə olma müddətinin hesablanması qaydaları yenilənir və xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün leytenant rütbəsində olma müddətinə dair yeni normativ tənzimləmə müəyyən edilir. O, layihənin müvafiq dövlət qurumlarının rəhbərləri ilə tam razılaşdırıldığını və parlament müzakirələrində irəli sürülən rəylərin nəzərə alındığını qeyd edib.
ƏLAQƏLİ
Polşa Ukraynaya qırıcılar göndərir: biri ehtiyat hissələri üçün nəzərdə tutulub
Qanun layihəsi parlamentdəki səsvermə nəticəsində ikinci oxunuşda əsas kimi qəbul olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İranla müharibə ABŞ-a milyardlarla başa gəlib
Ərəb Koalisiyası: Səudiyyə Ərəbistanına atılan raketlər məhv edildi
Bölgədə ikinci savaş dalğası: Tunellər qazılır, qüvvələr artır
ABŞ hərbi bazaları müharibəyə hazırlıq planı ilə gücləndirilir
ABŞ qlobal müharibə ehtimalına qarşı hərbi təchizatını gücləndirir
Baltikyanı bölgədə hərbi hazırlıq: Litvanın Aİ-dən milyardlıq istəyi