ABŞ hərbi bazaları müharibəyə hazırlıq planı ilə gücləndirilir
ABŞ Müdafiə Nazirliyi (Pentagon), enerji şəbəkələrinə zərər verə biləcək “böyük çaplı müharibə ehtimalına hazırlıq” çərçivəsində, ölkə daxilindəki hərbi bazalarını ən azı 90 gün ərzində xarici dəstək olmadan işlətməyi planlaşdırır. “FORTRESS” adlı hərbi təşəbbüslə, mülki infrastrukturda fasilələr olsa belə, ABŞ ordusunun “hücumlarına davam edə bilməsi” məqsəd qoyulub.
Minval.info xəbər verir ki, “FORTRESS” təşəbbüsü ilə ABŞ-ın daxili ərazisindəki hər bir böyük hərbi obyektin ən azı 90 gün ərzində elektrik, su, yanacaq və kommunikasiya kanallarına çıxış daxil olmaqla əsas əməliyyatlarını davam etdirə bilməsi nəzərdə tutulur.
Fox News-un məlumatına görə, Pentagon bu təşəbbüslə böhran anlarında mülki zavodların müdafiə istehsalına keçməsinə zəmin hazırlamaq, alternativ təchizat zəncirləri yaratmaq və silah, yanacaq və digər materialların axınının davam etməsi üçün strateji ehtiyat yaratmağı hədəfləyir.
Pentagon, hərbi obyektləri mülki elektrik şəbəkəsindən ayıraraq uzunmüddətli elektrik kəsintiləri zamanı da fəaliyyətlərini davam etdirə bilən daşınabilir nüvə reaktorları, böyük ölçülü batareya saxlama sistemləri və mikro şəbəkələr inkişaf etdirəcək.
Pentagon sözçüsü Şon Parnell, “Milli müdafiəmizi həyata keçirmək üçün standart mülki infrastruktura güvənmək istəmirik. Bunu edə bilmərik, bu qəbulolunmaz riskdir” deyə bildirib. Parnell, “FORTRESS” təşəbbüsünü ABŞ ərazisi üçün sığorta siyasəti kimi xarakterizə edərək, “Elektrik olmadan kommunikasiya, su, logistika, montaj xətti və əsas hərbi komanda strukturlarını itirirsiniz” deyə vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ qlobal müharibə ehtimalına qarşı hərbi təchizatını gücləndirir
Baltikyanı bölgədə hərbi hazırlıq: Litvanın Aİ-dən milyardlıq istəyi
İran: ABŞ-ın 'bombaların anası'na cavabımız 'bombaların atası'dır
ABŞ yeni uzaqmənzilli raketlər üçün 550 milyon dollar ayırıb
Zelenskidən sarsıdıcı etiraf – “Onları itiririk!”
Cənubi Koreya ordusunda robot dövrü başlanır