28.10.2026 - 15:34
İranla müharibə ABŞ-a milyardlarla başa gəlib
Hərbi xəbər 110 baxış

İranla müharibə ABŞ-a milyardlarla başa gəlib

Publika.az-ın məlumatına görə, ABŞ ordusunun İrana qarşı müharibə ilə əlaqədar xərcləri 47 milyard dolları keçib. Bu barədə Pentaqon rəsmi məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu məbləğin 29 milyard dollardan çoxu istifadə olunmuş sursat ehtiyatlarının yenilənməsinə, 6 milyard dollardan çoxu isə müharibə zamanı itirilmiş təyyarələr, pilotsuz uçuş aparatları və digər hərbi texnikanın əvəzlənməsinə sərf edilib.

Bu xərclər ABŞ-ın müdafiə naziri Pit Heqsetin iyul ayında açıqladığı 37,5 milyard dollarlıq proqnozunu 25 faizdən çox aşır.

“Reuters”in verdiyi məlumata görə, İranın raket və pilotsuz uçuş aparatlarının hücumları nəticəsində zərər görmüş ABŞ hərbi bazalarının təmiri üçün lazım olan xərclər tam şəkildə hesaba alınmayıb. Eyni zamanda, bölgədə vurulan hərbi bazaların, sursatların və nəqliyyat vasitələrinin dəyəri də bu məbləğə daxil edilməyib.

Ekspertlər hesab edirlər ki, ABŞ-ın real xərcləri açıqlanan məbləğdən üç dəfə çox ola bilər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: