30.10.2026 - 12:14
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Kriminal 157 baxış

Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı

Publika.az-ın məlumatına görə, sabiq icra başçısı Lütvəli Babayevin oğlu Babəli Babazadəyə qarşı dələduzluqda ittiham olunan sabiq baş həkim Aruz Əliyev və onun tanışı Ehtiram Kərimovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrlik etdiyi prosesdə Aruz Əliyev ifadə verib.

Aruz Əliyev ifadəsində bildirib ki, Babəli ilə əvvəlcə həkim-xəstə münasibətində olub, lakin sonradan ailəvi dostluq yaranıb. Aruz, Babəlinin çətin anlarında yanında olduğunu və ona dəstək verdiyini deyib. O, Babəliyə 40 min dollar borc verdiyini, lakin qarşılığında heç bir qohumunun ona yardım etmədiyini qeyd edib.

Aruz Əliyevin sözlərinə görə, Babəli Babazadə Türkiyədə olduğu zaman ona torpaq və ofis satışında köməklik istəmişdi. Lakin sənədlərin düzgün olmaması səbəbindən satış mümkün olmayıb. Bundan əlavə, Babəli ilə birlikdə fındıq alveri ilə məşğul olmaq üçün sərmayə qoyduğunu da ifadə edib.

Növbəti məhkəmə prosesi noyabrın 5-də keçiriləcək. Zərərçəkmiş Babəli Babazadə, Aruz Əliyev və Ehtiram Kərimovun əmlakını 2 milyon manata sataraq pulu mənimsədiklərini iddia edir. Təqsirləndirilən şəxslər isə ittihamları qəbul etmir, əmlakların könüllü satıldığını bildirirlər.

Xatırladaq ki, Lütvəli Babayev 2005-2007-ci illərdə Mingəçevirin, 2007-2019-cu illərdə isə Zərdabın icra başçısı olub. Babəli Babazadənin biznesini Rusiyaya köçürməsi barədə də məlumatlar var.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: