Azad edilmiş ərazilərdə 230 hektar sahədə sənaye istixanası qurulacaq
Baku.ws-ın məlumatına görə, azad edilmiş ərazilərdə 230 hektar sahədə sənaye üsulu ilə istixana layihəsinin reallaşdırılması planlaşdırılır. Bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə məlumat verib.
Nazir Məcnun Məmmədovun sözlərinə görə, azad olunmuş ərazilərdə heyvandarlıq, bağçılıq və istixana layihələrinə sahibkarlar böyük maraq göstərir. Belə ki, istixana layihəsinin sənaye üsulu ilə bir zonada həyata keçirilməsi nəzərdə tutulur və bu istiqamətdə sahibkarların marağı artmaqdadır.
O bildirib ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan hədəflərə çatmaq üçün işlər davam etdirilir.
Nazir həmçinin vurğulayıb ki, 2025-ci ilin sonuna qədər ölkə ərazisində müasir suvarma sistemlərinin tətbiqi nəticəsində suvarılan ərazilər 130 min hektardan 155 min hektara qədər artırılıb. Bu göstərici gələcəkdə daha da genişləndiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
12 ölkə neft ehtiyatlarını dövriyyəyə buraxır
Yeni Suraxanı-Hövsan dəmir yolu xəttinin bərpası sürətləndirilib
Yeni qərar avtomobillərin qiymətində ciddi dəyişikliklərə səbəb olacaq
Volkswagen Çin rəqabətinə görə €5.8 milyard zərər açıqladı
Firuzə İbadovanın qızından sərt reaksiya: Artıq yazıb bizi yaralamayın
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verdi