Yeni Suraxanı-Hövsan dəmir yolu xəttinin bərpası sürətləndirilib
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı şəhəri və onun ətraf ərazilərində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə işlərini davam etdirir. Publika.az xəbər verir ki, bu çərçivədə yeni dəmiryol xətlərinin bərpası və təkmilləşdirilməsi həyata keçirilir.
Dövlət Proqramına əsasən, Bakıxanov-Binə-Qala, Zabrat-Maştağa-Bağlar və Qaradağ-üzdək dəmir yolu xətləri ilə yanaşı, Yeni Suraxanı-Hövsan xəttinin də bərpası planlaşdırılır. Bu istiqamətdə layihələndirmə işləri artıq başlanılıb.
Yeni Suraxanı-Hövsan xətti üzrə stansiyalarla əlaqədar optimallaşdırma işləri aparılıb və stansiyaların yerləri müəyyən edilib. Xətt boyunca mühafizə zonasında yerləşən 111 mülkiyyətçi ilə protokollar imzalanıb və onlara kompensasiyalar ödənilib. Həmçinin, mühafizə zonasına düşən obyektlərin söküntü işləri başa çatdırılıb.
Bu xətt üzrə ümumilikdə 4 stansiyanın inşası və ya bərpası nəzərdə tutulur. Stansiyalardan 3-ü Hövsan ərazisində yerləşəcək. Hər stansiyada piyada keçidlərinin və avtomobil yolları ilə kəsişmədə müxtəlif səviyyəli körpülərin inşası planlaşdırılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
12 ölkə neft ehtiyatlarını dövriyyəyə buraxır
Azad edilmiş ərazilərdə 230 hektar sahədə sənaye istixanası qurulacaq
Yeni qərar avtomobillərin qiymətində ciddi dəyişikliklərə səbəb olacaq
Volkswagen Çin rəqabətinə görə €5.8 milyard zərər açıqladı
Firuzə İbadovanın qızından sərt reaksiya: Artıq yazıb bizi yaralamayın
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verdi