30.10.2026 - 13:54
Ermənistanın yeni konstitusiyası ilə bağlı Azərbaycanla müzakirələr apara bilər
Dünya 248 baxış

Ermənistanın yeni konstitusiyası ilə bağlı Azərbaycanla müzakirələr apara bilər

Ermənistan hakimiyyəti, sülh müqaviləsi ilə eyni vaxtda yeni konstitusiyanın qəbul edilməsi imkanlarını Azərbaycanla müzakirə etməyi istisna etmir.

Publika.az-ın “Sputnik Ermənistan”a istinadla verdiyi xəbərə görə, Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan bu barədə jurnalistlərə açıqlama verib.

Rubinyan qeyd edib ki, müxalifət konstitusiya dəyişikliklərini sülh müqaviləsinin imzalanması ilə əlaqələndirib və bu məsələnin mümkün nəticələrinə dair bir sıra suallar qaldırıb.

“Bunlar maraqlı suallardır və onların cavabları vəziyyətin müəyyən bir həllinə gətirib çıxara bilər. Bu, ola bilər, ya da olmaya bilər”, – deyə Rubinyan bildirib.

Vitse-spiker, bu cavabların Azərbaycandan gəlib-gəlməməsi ilə bağlı suala “Hər yerdən, mütləq hər yerdən” cavabını verib.

O, həmçinin yeni konstitusiyanın qəbul edilməsi prosesinin çıxılmaz vəziyyətdə olduğu iddialarını rədd edib və gələcək fəaliyyət üçün müxtəlif variantların müzakirə olunduğunu bildirib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: