30.10.2026 - 12:24
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Kriminal 167 baxış

Məktəb direktoru xadimənin attestatını 500 manata satdı

Azərbaycanda məktəb direktoru rəsmi sənədləri saxtalaşdıraraq satmaqda ittiham olunur. Publika.az-ın məlumatına görə, Cəlilabad rayonunda yerləşən Mikayıllı kənd tam orta məktəbinin direktoru Seyfulla Məmmədov (şərti adla) bu səbəbdən məhkəmə qarşısına çıxarılıb.

Məlumata görə, Boyxanlı kənd sakini Rzaqulu Səfərov (şərti adla) hərbi xidmətdən qayıdan oğlu üçün 11 illik tam orta təhsil attestatı almaq istəyib. Rzaqulu Səfərovun söylədiyinə görə, qohumlarının vasitəsilə məktəb direktoru ilə əlaqə saxlayıb və attestat üçün 500 manat ödəyib. Daha sonra direktordan aldığı sənəddə düzəlişlər olduğunu hiss edərək şübhələnib.

Seyfulla Məmmədov isə sənəddə imza və möhürünün olmadığını bildirib. Rzaqulu Səfərov qeyd edir ki, direktor ödənilən məbləğin 200 manatını qaytarsa da, qalan 300 manatı geri ödəməyib və bu səbəbdən onu ittiham edib.

Araşdırmalar zamanı məlum olub ki, Məmmədov məktəbdə xadimə işləyən şəxsin attestatını saxtalaşdıraraq, həmin sənədi Rzaqulu Səfərovun oğluna uyğunlaşdırıb. Lakin sənəddəki kod dəyişdirilməyib və bu da xadimə tərəfindən aşkar edilib.

Məhkəmə prosesi nəticəsində Seyfulla Məmmədovun ittihamlar təsdiq olunub. Qərara əsasən, Məmmədov 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib və təhsil sahəsində rəhbər vəzifələrdən 1 il müddətinə məhrum edilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: