26.10.2026 - 10:34
ABŞ qlobal müharibə ehtimalına qarşı hərbi təchizatını gücləndirir
Hərbi xəbər 123 baxış

ABŞ qlobal müharibə ehtimalına qarşı hərbi təchizatını gücləndirir

ABŞ Hərb Nazirliyi, yəni Pentaqon, qlobal müharibə ssenarisi üçün hazırlıqlarını gücləndirmək məqsədilə yeni strategiyalar tətbiq edir. Oxu.az-ın məlumatına görə, bu tədbirlər çərçivəsində ABŞ hərbi bazalarının xarici təchizat olmadan ən az 90 gün fəaliyyət göstərə bilməsi hədəflənir.

Pentaqonun bu yeni tələbləri “Fox News” telekanalının verdiyi məlumata əsasən, FORTRESS adlı hərbi layihə çərçivəsində həyata keçirilir. Layihə, müstəqil enerji mənbələri, ehtiyat su və yanacaq, silah-sursat, tibbi ləvazimat və texniki hissələrin təmin edilməsini nəzərdə tutur. Həmçinin, alternativ rabitə və naviqasiya sistemlərinin yaradılması da planlaşdırılır.

Bundan əlavə, ABŞ beynəlxalq tədarük zəncirində yarana biləcək problemlərə qarşı mülki fabriklərin hərbi sənaye ehtiyaclarına uyğun şəkildə yenidən təşkil edilməsinə və yeni logistika marşrutlarının qurulmasına da hazırlaşır.

“Biz milli təhlükəsizlik məsələlərində mülki infrastrukturdan asılı vəziyyətdə qalmaq istəmirik. Bu, qəbuledilməz bir təhlükədir”, – deyə Pentaqonun sözçüsü Şon Parnell bildirib. O, bu proqramı qlobal münaqişə zamanı bir növ sığorta kimi dəyərləndirib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: