12 ölkə neft ehtiyatlarını dövriyyəyə buraxır
Publika.az-ın məlumatına görə, Avropa İttifaqının (Aİ) üzvü olan 12 ölkə enerji təchizatı ilə əlaqədar narahatlıqları azaltmaq məqsədilə strateji ehtiyatlarından 42,6 milyon barel nefti bazara çıxarmağı qərara alıb.
“Le Monde” nəşrinin bildirdiyinə görə, bazara çıxarılması planlaşdırılan neftin 20,5 milyon bareli dizel yanacağı olacaq. Bu addım, G7 ölkələrinin 100 milyon barel dizel yanacağı və xam neftin bazara çıxarılması qərarından sonra atılıb.
Aİ-nin enerji məsələləri üzrə məsul komissarı Dan Yorgensen, Yaxın Şərqdəki vəziyyətin enerji qiymətlərinin yüksəlməsinə səbəb ola biləcəyini bildirib.
Rusiyanın təbii qazına tətbiq edilən qadağanın yenidən nəzərdən keçirilməsi çağırışlarına cavab olaraq, Yorgensen mövcud məhdudiyyətlərin qüvvədə qaldığını və Rusiyanı enerji təchizatından şantaj vasitəsi kimi istifadə etməkdə ittiham edib.
“Avropada Rusiya qazına xərclədiyimiz pul Ukraynada müharibənin maliyyələşdirilməsinə kömək edib. Buna görə də Rusiya qazını almağa başlamaq istəmirik”, – deyə Yorgensen vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yeni Suraxanı-Hövsan dəmir yolu xəttinin bərpası sürətləndirilib
Azad edilmiş ərazilərdə 230 hektar sahədə sənaye istixanası qurulacaq
Yeni qərar avtomobillərin qiymətində ciddi dəyişikliklərə səbəb olacaq
Volkswagen Çin rəqabətinə görə €5.8 milyard zərər açıqladı
Firuzə İbadovanın qızından sərt reaksiya: Artıq yazıb bizi yaralamayın
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verdi