İran: ABŞ-ın 'bombaların anası'na cavabımız 'bombaların atası'dır
ABŞ-ın İran üzərinə mümkün hücumlarda ən böyük qeyri-nüvə bombası olan MOAB-ı istifadə etməyi düşündüyü iddia edilərkən, Tehran rəhbərliyi Vaşinqtona diqqət çəkən bir cavab verdi. İran İnqilab Keşikçiləri Ordusu sözçüsü Hüseyn Muhibbi, ölkəsinin yeni bir silahı təqdim etməyə hazırlandığını bildirib: “Bombaların atası”.
Minval.info xəbər verir ki, İran Gənc Jurnalistlər Cəmiyyəti Xəbər Agentliyinin məlumatına görə, Hüseyn Muhibbi, ABŞ-ın “bombaların anası” adlanan silahını istifadə etdiyini xatırladaraq, “Biz isə bombaların atasını təqdim etməyə hazırlaşırıq. Bu, düşmən üçün yeni bir şeydir” deyə açıqlama verib.
O, İranın raket gücü haqqında da danışaraq, 2025-ci ilin iyun ayında İsrail ilə baş verən 12 günlük qarşıdurmadan sonra raket sayının bir yarım dəfə artdığını iddia edib. Muhibbi, “Raketlərin keyfiyyəti çox artıb. Məsafə, dağıdıcı güc və dəqiqlik nisbətləri yüksəlib” deyib.
CNN-in məlumatına görə, ABŞ Prezidenti Donald Trampın aralıq seçkilərdən əvvəl və ya sonra İran üzərinə hücumları yenidən başlatma qərarı alması halında, Vaşinqton MOAB bombasını istifadə etməyi dəyərləndirə bilər. MOAB, ABŞ-ın ən böyük qeyri-nüvə bombası kimi tanınır və İran üzərinə ilk dəfə istifadə olunması münaqişələrdə gərginliyi əhəmiyyətli dərəcədə artıra bilər.
İran Müdafiə Nazirinin müavini Tuğgeneral Seyid Məcid İbnu’r Rza, Trampın “bombaların anası” ifadələrinə sosial media vasitəsilə sərt cavab verib. İbnu’r Rza bildirib ki, “Bombaların adları və ölçüləri əhəmiyyətli deyil. Sizin bombanız, ABŞ-ın qlobal nüfuzunda, iqtisadiyyatında və hətta seçki hesablarınızda partlayacaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ yeni uzaqmənzilli raketlər üçün 550 milyon dollar ayırıb
Zelenskidən sarsıdıcı etiraf – “Onları itiririk!”
Cənubi Koreya ordusunda robot dövrü başlanır
9 çağırışçıya məhkəmə-tibbi ekspertizası təyin edildi
NATO İtaliyada illik nüvə təliminə başlayır
ABŞ İranı hədəf alan intensiv hərbi əməliyyat planı hazırlayıb
Pakistan Yəməndəki müharibəyə hava əməliyyatları ilə qoşuldu