22.10.2026 - 12:24
Baltikyanı bölgədə hərbi hazırlıq: Litvanın Aİ-dən milyardlıq istəyi
Hərbi xəbər 118 baxış

Baltikyanı bölgədə hərbi hazırlıq: Litvanın Aİ-dən milyardlıq istəyi

Litva Maliyyə Nazirliyi, döyüş sistemləri və digər silahların alınması məqsədilə Avropa Komissiyasına 1,06 milyard avro məbləğində vəsait ayrılması üçün müraciət edib. Publika.az-ın məlumatına görə, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Alınacaq vəsait, Litvanın Quru Qoşunları diviziyasının təchiz olunması, Baltikyanı müdafiə xəttinin yaradılması və Silahlı Qüvvələrin infrastrukturunun inkişafı üçün nəzərdə tutulub. Bu vəsaitin iki ay ərzində ayrılması gözlənilir. İyun ayında Vilnüs artıq bu məbləğin 15 faizini avans olaraq alıb.

Ödənişlər, Avropa İttifaqının “Security Action for Europe” (SAFE) adlı müvəqqəti hərbi kredit proqramı çərçivəsində həyata keçirilir. Litvaya ayrılan ümumi kredit xətti 6,375 milyard avrodur və Avropa Komissiyası müraciəti təsdiqlədikdən sonra bu məbləğ 1,86 milyard avroya çatacaq.

Maliyyə Nazirliyindən verilən məlumata görə, vəsaitlər dövlət satınalmaları elan edildikdən, hərbi müqavilələr imzalandıqdan və istehsalçılara avans ödənişləri edildikdən sonra köçürüləcək. Kreditin qaytarılma müddəti 45 il təşkil edir və 10 illik güzəşt müddəti nəzərdə tutulub.

Bu müddət ərzində Litva yalnız faizləri ödəyəcək, əsas borcun qaytarılması isə daha sonra başlayacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: