29.10.2026 - 17:34
Polşa Ukraynaya qırıcılar göndərir: biri ehtiyat hissələri üçün nəzərdə tutulub
Hərbi xəbər 134 baxış

Polşa Ukraynaya qırıcılar göndərir: biri ehtiyat hissələri üçün nəzərdə tutulub

Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və digər hərbi texnika göndərməyə hazırlaşır. Publika.az-ın məlumatına görə, bu barədə Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri, general Dariuş Lukovski “Rzeczpospolita” qəzetinə açıqlama verib.

General Lukovski bildirib ki, Varşava yaxın vaxtlarda qırıcıları Ukraynaya təhvil vermək qərarını təsdiqləyib. Lakin təyyarələrdən birinin istismar müddəti artıq başa çatdığı üçün onun yalnız ehtiyat hissələri Kiyevə göndəriləcək. İkinci MiQ-29 isə işlək vəziyyətdədir.

Əlavə olaraq, Polşa Ukraynaya 155 və 152 millimetrlik artilleriya mərmiləri, həmçinin F-16 təyyarələrində istifadə olunan aviasiya topları üçün 20 min ədəd 102 millimetrlik döyüş sursatı da təqdim edə bilər.

Polşanın Müdafiə Nazirliyi də Ukraynaya növbəti hərbi yardım paketinin göndəriləcəyini təsdiqləyib. Bu paketin tərkibində həm yeni, həm də istismar müddəti bitmiş hərbi texnika olacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: