29.05.2018 - 11:02
Gündəm
26 baxış
Yeni nazirdən yeni təyinat: Bayandur Rzayevə vəzifə verildi
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsinə yeni təyinat olub.Minval.info xəbər verir ki, bu barədə oxu.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Anar Hüseynov məlumat verib.
O bildirib ki, nazir İnam Kərimovun əmri ilə Bayandur Rzayev Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi təyin edilib.
B.Rzayev Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq fakültəsini bitirib (1991-1996).
2004-2007-ci illərdə Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun aspirantı olub, daha sonra isə Heyvandarlıq İnstitutunun Qoyunçuluq laboratoriyasında elmi işçi kimi fəaliyyət göstərib (2007-2011).
2012-ci yanvar ayından etibarən Gəncə şəhər Baytarlıq İdarəsinin rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki, ötən gün, mayın 28-də, nazir İnam Kərimovun əmri ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Azər Süleymanov tutduğu vəzifədən azad edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBBakıda oyuncaq maşınla yola çıxan saxlanıldı
08.09.2026 - 13:18
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
27.08.2026 - 23:45
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı
21.08.2026 - 08:00
Tiktokerin keçmiş ərinin Türkiyədə cəsədi tapıldı
12.08.2026 - 11:39