07.06.2018 - 16:25
Gündəm 1 baxış

Yeni icra başçısı: "Zəhər Mamed" kimdir?

Xəbər verdiyimiz kimi, bu gün Tovuz rayonuna icra başçısı təyin edilib. Prezident İlham Əliyevin sərəncamı ilə bu rayona rəhbərlik Məmməd Məmmədova həvalə edilib.

Bəs M. Məmmədov kimdir?

Minval.info bakupost-a istinadən xəbər verir ki, yeni icra başçısı Tovuzun Qaraxanlı kəndində anadan olub. Kənd Təsərrüfatı Nazirliyində çalışıb. Uzun müddət bitçilik sahəsi, xüsusən bu sahəyə aid dərmanların hazırlanması üzrə işlədiyindən “Zəhər Mamed” ləqəbi ilə tanınıb.

Bundan başqa o, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Aparat rəhbəri Cahan Məmmədovun qardaşıdır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: