Yaşı 18-dən az olan tələbələrin kredit alması üçün müraciət forması sadələşdiriləcək
“Yaşı 18-dən az olan tələbələrin təhsil krediti alması üçün müraciət forması sadələşdiriləcək. Hətta ola bilsin, bu məsələ günün sonuna qədər reallaşdırılsın”.
Minval.info xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev deyib.
O bildirib ki, sadələşdirmədən sonra yaşı 18-dən az olan tələbələr notarial qaydada təsdiq edilən ərizənin nömrəsini və şəxsiyyət vəsiqəsinin FİN kodunu sistemə daxil etməklə bu xidmətdən yararlana biləcəklər.
Qeyd edək ki, artıq sosial şəbəkələrdə kreditlərin verilməsi şərtləri ilə bağlı narazılıqlar müşahidə olunur. Narazı vətəndaşlar bildirir ki, sistemdən qeydiyyatdan keçmək üçün “asan login”a malik olmaq lazımdır. Bu da o deməkdir ki, müraciət edənin adına mobil nömrə olmalıdır. Lakin Azərbaycanda 18 yaşından aşağı olan şəxslərə mobil nömrə satılmır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?
Könül Kərimovanın nəvəsi Dəniz məktəb yolunda!