Telefon ekranındakı yaşıl və narıncı nöqtələr nədir?
Smartfon istifadəçiləri bəzən ekranın yuxarı hissəsində kiçik yaşıl və ya narıncı nöqtənin göründüyünü müşahidə edirlər. Bu işarələr, telefonun məxfilik və təhlükəsizlik funksiyalarının bir hissəsi olaraq, cihazın kamerasına və ya mikrofonuna girişin olduğunu bildirir.
Minval.info xəbər verir ki, bu rəngli indikatorlar, tətbiqlərdən birinin telefonun kamerasına və ya mikrofonuna giriş əldə etdiyini göstərir. Əksər hallarda bu nöqtənin görünməsi tamamilə normaldır. Məsələn, telefonla danışarkən, video çəkərkən, səsli mesaj yazarkən və ya videobağlantı zamanı indikator görünə bilər. Lakin heç bir səbəb olmadan tez-tez peyda olması diqqətli olmağa əsas verir.
iPhone cihazlarında ekranın yuxarı hissəsində görünən narıncı nöqtə, tətbiqlərdən birinin mikrofondan istifadə etdiyini bildirir. Bu işarə telefon danışığı, səsli mesajın yazılması, diktofondan və ya səsli axtarışdan istifadə zamanı görünə bilər. Apple bu funksiyanı iOS 14-dən etibarən tətbiq edib. Məqsəd istifadəçiyə mikrofonun hətta tətbiq arxa planda işlədiyi zaman belə aktiv olduğunu göstərməkdir. Telefonun “Rəngsiz fərqləndirmə” funksiyası aktivdirsə, narıncı nöqtə kiçik kvadrat şəklində də göstərilə bilər.
Android telefonlarında isə adətən ayrıca narıncı indikator istifadə edilmir. iPhone-da yaşıl nöqtə kameranın işlədiyini bildirir. Kamera ilə mikrofon eyni vaxtda istifadə edilərsə də yaşıl indikator görünür. Bu, videobağlantı zamanı, video çəkilişində və ya QR-kod skan edilərkən baş verə bilər. Android telefonlarında yaşıl nöqtə tətbiqlərdən birinin kameraya, mikrofona və ya hər ikisinə eyni anda giriş əldə etdiyini göstərir. İndikatorun görünüşü və yerləşdiyi hissə telefon istehsalçısından və Android versiyasından asılı olaraq dəyişə bilər.
Kamera və mikrofon bəzən istifadəçinin dərhal fərq etmədiyi proseslərdə də işə düşür. Məsələn, mikrofon səsli axtarış, mesajların səslə yazılması, musiqinin tanınması, rəqəmsal köməkçilər və səs qeydləri zamanı istifadə edilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Keçmiş icra başçısının əmlakı satışa çıxarıldı
Milyonluq dələduzluq: Məhkəmədə yeni iddialar
Neftçi çətin oyunlar öncəsi hazırlıqlara başlayır
Bakıda milyonluq ev saxta sənədlərlə satıldı!
DTX beş ölkədə terror əməliyyatı keçirdi
Bakı və Sumqayıtda yaşıllıqlara ciddi ziyan vuruldu
Ziya Bünyadovda avtobus zolağının vaxtı uzadıldı!