Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Ermənistan Müdafiə Nazirliyi, ordusunun pilotsuz uçuş aparatları (PUA) ilə təchizatını artırmaq məqsədilə yeni addımlar atır. Nazirlik, yerli istehsalçılarla əməkdaşlıq etməklə yanaşı, xarici modellərin müqayisəli təhlilini də həyata keçirib. Bu təhlil nəticəsində Hindistanın “Divyastra MK-1” PUA-sı ən uyğun seçim kimi qiymətləndirilib.
Minval.info xəbər verir ki, “Divyastra MK-1” PUA-sı, süni intellektdən istifadə etmə qabiliyyəti və kütləvi qruplarda tətbiq imkanları ilə diqqət çəkir. Ermənistanın bu modelə üstünlük verməsi, onun digər ölkələrdən alınacaq dronlarla bağlı siyasi problemlərdən qaçmaq istəyindən irəli gəlir. Belə ki, Ermənistanın müxtəlif ölkələrdən dron alışı, həmin ölkələr arasında siyasi narazılıqlara səbəb ola bilər. Hindistanla əməkdaşlıq isə daha balanslı və sərfəli bir həll kimi görünür.
Ermənistanın 500 km mənzilli PUA-larla kütləvi silahlanma istəyi, ölkənin müdafiə strategiyasının bir hissəsi kimi diqqət çəkir. Bu addım, Ermənistanın hücum dronlarına olan marağını və bu sahədəki inkişafını göstərir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu