19.09.2026 - 14:22
Ölkə 14 baxış

U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb. Komandaya 25 oyunçu dəvət olunub və onların arasında Türkiyənin “Ərzurumspor” klubunda çıxış edən Nəriman Axundzadə də yer alıb.

Minval.info xəbər verir ki, U-21 millisi sentyabrın 25-də evdə Çexiya, sentyabrın 30-da səfərdə Şotlandiya və oktyabrın 6-da evdə Cəbəllütariq ilə qarşılaşacaq.

Heyətdə yer alan futbolçuların siyahısı belədir: Sadiq Məmmədzadə (İmişli), Səlim Həşimov (Gəncəbasar), Xəyal Fərzullayev (Sumqayıt), Emin Rüstəmov (Şamaxı), Elgün Dünyamalıyev (Sabah), Raul Məmmədov (MOİK), Ceyhun Bağırzadə (Şamaxı), Əkbər Eyubov (İmişli), Ayxan Süleymanlı (Sumqayıt), Hacıəli Şirəliyev (Şamaxı), Sənan Muradlı (Şamaxı), Eşqin Əhmədov (Qəbələ), Bilal İsmayılov (MOİK), Nuğay Rəşidov (Qəbələ), Emil Süleymanov (Şamaxı), Hikmət Cəbrayılzadə (Qarabağ), Şahin Şahniyarov (Qəbələ), Okan Təhmazlı (Şamaxı), Elyas Bağci (Herta, Almaniya), Nəriman Axundzadə (Ərzurumspor, Türkiyə), Nahid Əliyev (Şəfa), Lorenzo Mezzotero (Sampdoria, İtaliya), Ağadadaş Salyanski (Araz-Naxçıvan), Mustafa Kamara (Sent-Trüden, Belçika), Nihad Əhmədzadə (Sumqayıt).

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: