19.09.2026 - 13:33
Ölkə 11 baxış

AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi

Azərbaycan Hava Yolları (AZAL), 2026-cı il “World Airline Awards” mükafatları çərçivəsində “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb. Bu mükafat, aviaşirkətin donanmanın modernləşdirilməsi, marşrut şəbəkəsinin genişləndirilməsi və xidmətlərin təkmilləşdirilməsi istiqamətində göstərdiyi səylərin nəticəsidir.

Minval.info xəbər verir ki, beynəlxalq hava nəqliyyatı reytinq təşkilatı “Skytrax” tərəfindən təşkil olunan mərasim 18 sentyabr 2026-cı il tarixində Londondakı “The Langham” hotelində keçirilib. “Skytrax”ın baş icraçı direktoru Edvard Pleysted, Azərbaycan Hava Yollarının Mərkəzi Asiya və MDB-də regional aviaşirkət xidmətləri sahəsində nümunəvi mövqeyini möhkəmləndirdiyini vurğulayıb.

Azərbaycan Hava Yollarının İdarə Heyətinin sədri Samir Rzayev, bu uğurun hər gün fədakar əməyi ilə sərnişinlərin səyahət təcrübəsini formalaşdıran əməkdaşlara məxsus olduğunu bildirib. O, yeni təyyarələrə investisiya yatırarkən, marşrut şəbəkəsini genişləndirərkən və xidmətləri təkmilləşdirərkən əsas diqqətin hər bir səyahəti daha təhlükəsiz, rahat və əlverişli etməyə yönəldiyini qeyd edib.

Ölkənin milli aviadaşıyıcısı, Azərbaycanın beynəlxalq bazarlarla əlaqələrinin qurulmasında rolunu gücləndirməyə davam edir. Aviaşirkətin inkişaf prioritetləri donanmanın yenilənməsi və marşrut şəbəkəsinin genişləndirilməsi ilə yanaşı, təyyarə göyərtəsində göstərilən xidmətlərin və rəqəmsal alətlərin təkmilləşdirilməsini də əhatə edir. Bu, sərnişinlərə daha geniş seçim imkanları və səyahətin bütün mərhələlərində daha rahat təcrübə təqdim edir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: