Saxara" salonunda SMM işçisi xadimə kimi çalışdırılır!
“Saxara” gözəllik salonunda işçilərin xadimə və ofisiant kimi istifadə edilməsi ilə bağlı iddialar ortaya çıxıb. Şikayətçi, “APA TV”yə verdiyi müsahibədə, SMM olaraq işə başladığını, lakin başqa işlərə məcbur edildiyini bildirib.
Minval.info xəbər verir ki, şikayətçi əmək müqaviləsinin olmadığını, maaşının yarısının kartdan-karta köçürüldüyünü və işdən çıxarıldığını qeyd edib. O, həmçinin nahar fasiləsinin verilmədiyini, müştərilərə çay gətirilməsi və masaj otaqlarının yığışdırılması kimi işlərə məcbur edildiyini bildirib. Şikayətçi, bu vəziyyətə etiraz etdikdə hədə-qorxu ilə qarşılaşdığını da əlavə edib.
“Saxara” gözəllik salonunun rəhbəri Sərxan Qulamlı isə bu iddialardan xəbərsiz olduğunu və bunların qarayaxma kampaniyası olduğunu bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Neft qiymətləri həftəni ucuzlaşma ilə tamamladı
Turan Tovuz və Zirə qarşılaşması: Həyəcan zirvədə!
Vergi bəyannamələrini vaxtında təqdim etməyənlərə cərimə!
İsveçrədə 23 yaşlı gənc ayda 8 min qazanır
Manatın üzən məzənnəyə keçidi: Nələr gözlənilir?
Neft bazarında qiymətlər enişdə davam edir
Yelo Bank-ın müşahidə şurasına yeni üzv seçildi