Xərçəng vaksini ilə bağlı şok xəbərdarlıq: metastazlar yenidən qayıda bilər
Onkovaksinin tətbiqi zamanı müalicənin müsbət nəticə verməsi xərçəng xəstəliyinin yenidən qayıtmayacağına zəmanət vermir. Çünki şiş hüceyrələrinin dəyişməsi riski var və bu halda metastazlar yenidən yarana bilər.
Publika.az xəbər verir ki, bu barədə onkoloq, tibb elmləri namizədi Yevgeni Çeremuşkin 360.ru-ya açıqlamasında bildirib. Onun sözlərinə görə, xərçəng hüceyrələri daim bölünür və öz xüsusiyyətlərini dəyişir. Vaksin isə insanın immun sistemini bu hüceyrələri tanımağa və məhv etməyə “öyrətmək” məqsədi daşıyır. Hüceyrələr dəyişərsə, bu proses çətinləşə bilər.
Çeremuşkin qeyd edir ki, yeni metastazların yaranmaması yaxşı haldır, lakin onların yenidən meydana çıxma ehtimalı var. Buna görə də xəstəliyin qayıtmadığını anlamaq üçün zamana ehtiyac var. Standart müşahidə müddəti üç ildən beş ilədəkdir və onkologiyada beş il əsas göstərici hesab olunur.
ƏLAQƏLİ
İcbari tibbi sığortanın xərcləri 2027-ci ildə əhəmiyyətli dərəcədə artırılır
Onkoloqun fikrincə, vaksinin effektivliyi barədə qəti nəticə çıxarmaq tezdir, çünki bir xəstədə müsbət dinamikanın müşahidə olunması kifayət deyil. Xatırladaq ki, bir gün əvvəl onkovaksinin ilk xəstədə metastazları məhv etdiyi məlum olub.
Rusiya Elmlər Akademiyasının akademiki Aleksandr Qinzburq “Qazeta.ru”ya bildirib ki, müalicə olunan xəstənin vəziyyəti artıq dörd aydır yaxşıdır və hazırda həkimlərin nəzarəti altında qalır. Xəstənin limfa düyünləri yoxlanılır və ətraflı müayinələr aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İcbari tibbi sığortanın xərcləri 2027-ci ildə əhəmiyyətli dərəcədə artırılır
51 yaşında ilk dəfə ana oldu: "Kral əkizlər" dünyaya gətirdi
Payızda ürəyi qoruyaraq idman etməyin yolu açıqlandı
Evdə biri qripə yoluxubsa, digərləri necə qorunsun?
Məşhur diyetoloqdan ideal səhər yeməyi resepti: Tək kəsmik yetərli deyil
Elektron siqaret çəkənlərin nəzərinə!
Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar